Xəbər lenti

Banklara kibertəhlükələr barədə məlumat verilib (VİDEO)
Ölkə21:58 20.10.2026

Banklara kibertəhlükələr barədə məlumat verilib (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Son bir həftə ərzində dövlət qurumlarına genişmiqyaslı kiberhücumlar həyata keçirilir.

Qaynarinfonun xəbərinə görə, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Nadir Novruzov bildirib ki, bu fasiləsiz müşahidə olunan haldır. Amma son dövrlər və xüsusilə də son bir həftə ərzində dövlət qurumlarına və onların informasiya ehtiyatlarına, informasiya sistemlərinə qarşı genişmiqyaslı kiberhücumların həyata keçirildiyini müşahidə edirik.

Xidmət rəisi bildirib ki, Azərbaycanda dövlət qurumlarına qarşı kiberhücumlar zamanı aşkarlanan təhlükə indikatorları maliyyə sektoru ilə də paylaşılır.

Nadir Novruzov bildirib ki, məqsəd bankların mümkün kiberhücumlara qarşı qabaqlayıcı tədbirlər görməsinə şərait yaratmaqdır.

Qaynarinfo Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Pay