
21 oktyabr saat 08:00-dan etibarən Abşeron rayonunda Hökməli–Qobu–Güzdək avtomobil yolunun 4-cü kilometrliyində təmir işləri aparılacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.
Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan yol hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
“Sürücülərdən əvvəlcədən alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur”, - deyə məlumatda qeyd edilib.