Xəbər lenti

50 manatlıq cəriməyə görə xanım sürücünün sürücülük hüququ məhdudlaşdırıldı
Ölkə18:47 20.10.2026

50 manatlıq cəriməyə görə xanım sürücünün sürücülük hüququ məhdudlaşdırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda yol hərəkəti qaydalarını pozduğuna görə təyin edilən cəriməni vaxtında ödəməyən Səbinə Əsgərovanın sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılıb.

Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına əsasən, Səbinə Əsgərovanın idarə etdiyi “Porsche Cayenne” markalı avtomobillə bağlı yol hərəkəti qaydalarının pozulmasına görə 50 manat məbləğində inzibati cərimə tətbiq edilib.

Lakin cərimə qanunla müəyyən edilmiş 3 ay müddətində ödənilməyib. Nəticədə cərimənin üzərinə 30 manat dəbbə pulu hesablanıb və ümumi borc 80 manata çatıb.

İş materiallarında yer alan “AsanPay” portalından çıxarışda həmin məbləğin dövlət büdcəsinə ödənilmədiyi göstərilib.

Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılan Səbinə Əsgərova prosesdə iştirak etməyib və iştirak etməməsinin səbəbləri barədə məlumat verməyib.

Məhkəmə onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilib.

Qərara əsasən, Səbinə Əsgərovanın nəqliyyat vasitələrini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılıb.

Aydın