Xəbər lenti

Marko Rubio: "Ən qüdrətli üç dövlət arasında dialoq davam etdirilməlidir"
Dünya17:04 20.10.2026

Marko Rubio: "Ən qüdrətli üç dövlət arasında dialoq davam etdirilməlidir"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ dövlət katibi Marko Rubio Birləşmiş Ştatların prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının sədri Si Szinpinlə üçtərəfli görüş keçirməsi ehtimalını şərh edərkən bildirib ki, “dünyanın ən qüdrətli üç dövləti” arasında dialoq davam etdirilməlidir.

Qaynarinfo xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

“Dünyanın nüvə silahına malik ən qüdrətli üç dövlətinin liderlərinin bir-biri ilə danışmasının zəruri olmasına təəccüblənməyə heç bir əsas yoxdur”, deyə dövlət katibi Hindistana səfəri zamanı jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Ağ Evin rəhbəri ABŞ, Rusiya və Çin liderlərinin, məsələn, silahlanmaya nəzarət məsələsi ilə bağlı ətraflı müzakirələr aparmasına hazır olduğunu nümayiş etdirib. Rubio əlavə edib ki, “bu, bütün dünya üçün çox müsbət addım olardı”.

Oktyabrın 19-da Tramp Putin və Si Szinpinlə üçtərəfli görüş keçirmək istədiyini bildirib. Onun sözlərinə görə, belə bir görüş əsasən Ukraynadakı münaqişənin nizamlanmasına deyil, nüvə silahlarının azaldılmasına həsr oluna bilər.

Həmin gün Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin Tramp və Si Szinpinlə görüşü ilə bağlı konkret razılaşmaların olmadığını bildirib. Bununla belə, o, belə bir görüşün baş tuta biləcəyini təsdiqləyib. Kremlin nümayəndəsinin sözlərinə görə, ABŞ, Rusiya və Çin liderləri potensial olaraq Çində keçiriləcək sammit çərçivəsində görüşə bilərlər.

Aydın