Xəbər lenti

Azərbaycanda nəqliyyat sahəsinə aid yeni dövlət standartları qəbul edildi
Ölkə16:27 20.10.2026

Azərbaycanda nəqliyyat sahəsinə aid yeni dövlət standartları qəbul edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) dəmir yolu və avtomobil nəqliyyatı sahəsinə aid 61 yeni dövlət standartı qəbul edib.

Qaynarinfo AZSTAND-a istinadən xəbər verir ki, yeni dövlət standartlarının tətbiqində məqsəd nəqliyyat infrastrukturunun etibarlılığının artırılması, yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, nəqliyyat vasitələrinin təsnifatı və terminologiyasının təkmilləşdirilməsi, yükdaşımalar zamanı yüklərin təhlükəsiz bərkidilməsinə dair tələblərin müəyyənləşdirilməsi, habelə texniki vasitələr, müvafiq sistemlər üzrə vahid tələblərin tətbiqi və beynəlxalq standartlara uyğunluğun təmin edilməsindən ibarətdir.

Dövlət standartlarının layihələri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin bazasında təsis edilən "Nəqliyyat və nəqliyyat infrastrukturu" standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 43) təqdimatı əsasında qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.