Xəbər lenti

"The Digital Banker" ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Ekonomiks13:06 21.10.2026

"The Digital Banker" ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qlobal maliyyə sektoru üzrə nüfuzlu beynəlxalq platformalardan olan “The Digital Banker” “Global AI Innovation Awards 2026” mükafat proqramının qaliblərini elan edib. Azərbaycan üzrə “Best AI-Powered Retail Bank–Azerbaijan” nominasiyasının qalibi ABB olub.

Bu mükafat ABB-nin süni intellekt əsaslı bankçılıq həllərinə, o cümlədən müştərilərin süni intellekt əsaslı fərdi maliyyə menecerləri AI-nur və AI-khan-ın yaratdığı imkanlara verilən beynəlxalq qiymətdir.

“Global AI Innovation Awards” maliyyə sektorunda süni intellekt texnologiyalarının tətbiqi ilə mühüm yeniliklər yaradan qurumları müəyyənləşdirən beynəlxalq mükafat proqramıdır. Proqram çərçivəsində maliyyə təşkilatlarının süni intellekt əsasında hazırladığı məhsul və xidmətlər, müştəri təcrübəsinin inkişafı, məlumatlara əsaslanan qərarvermə, risklərin idarə edilməsi, əməliyyat səmərəliliyi və innovativ biznes modellərinin yaradılması kimi istiqamətlər qiymətləndirilir.

Mükafat proqramında namizədlər “The Digital Banker”in araşdırma komandası, süni intellekt sahəsi üzrə mütəxəssislər və müstəqil beynəlxalq ekspertlər tərəfindən qiymətləndirilir. Münsiflər heyətində KPMG, Bain & Company və Accenture kimi beynəlxalq şirkətlərin ekspertləri təmsil olunur.

“The Digital Banker” platformasının Baş ofisi Sinqapurda yerləşir. Təşkilatın pərakəndə bankçılıq üzrə “Global Retail Banking Innovation Awards” mükafat proqramı 2018-ci ildən elan olunub. Mükafatın qalibləri ilə buradan tanış ola bilərsiniz.

ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.