Xəbər lenti

İcra məmurlarının 340 min manata hərraca çıxardığı obyekt 3 ay sonra 1,3 milyona satılır (FOTO)
Ölkə11:53 21.10.2026

İcra məmurlarının 340 min manata hərraca çıxardığı obyekt 3 ay sonra 1,3 milyona satılır (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, 304 A ünvanında yerləşən 0,04927 ha torpaq sahəsi və üzərindəki qeyri-yaşayış binası bu ilin iyul ayının 7-də icra məmurlarının sifarişi əsasında hərraca çıxarılıb.

Qaynarinfo Yeniavaz.com-a istinadən xəbər verir ki, hərraca çıxarılan obyektin sahəsi 446,6 kv. metr, otaqların sayı isə 3 olub.

İyul ayında hərraca çıxarılan obyektin ilkin bazar dəyərinin 400 min manat, minimum satış qiymətinin isə 340 min manat olduğu bildirilib.

Qeyd edək ki, təxminən 3 ay əvvəl icra məmurlarının 340 min manata satışa çıxardığı torpaq sahəsi və obyekt hazırda aparıcı elan saytlarından birində fərdi mülkiyyətçi tərəfindən alıcılara 1 milyon 290 min manata təklif olunur.