
“Qarabağ bülbülləri” ansamblının üzvü, xanəndə Araz Hüseynovun (Ağdamlı) səhhəti ağır olaraq qalır.
Xanəndənin həyat yoldaşı Xatirə Əliyeva Qaynarinfo-ya açıqlamasında bildirib ki, Araz Hüseynovun dializ olunması məsələsi yenidən aparılacaq müayinələrin nəticələrindən asılıdır.
“Kreatinin səviyyəsi yoxlanılacaq. Əgər nəticələr ürəkaçan olmasa, sabah özəl xəstəxanadan dializ üçün həkim gətirəcəyik. Bu da təxminən 350 manata başa gəlir. Dövlət xəstəxanasında dializ olunması üçün arayış tələb edirlər. Araz ürək və böyrək çatışmazlığından əziyyət çəkdiyinə görə yeriyə bilmir. Vəziyyəti çox ağırdır. Qardaşım deyir ki, xəstəni götürüb yola çıxacağam. Ağır vəziyyətdə olan xəstəyə təcili yardım göstərən yoxdur", deyə Xatirə Əliyeva bildirib.
Qeyd edək ki, “Qarabağ bülbülləri” ansamblının digər üzvlərindən olan xanəndə Araz Hüseynov oktyabrın 2-də infarkt keçirib. Onun ürəyinə üç stent qoyulub.
Bahar Rüstəmli