Xəbər lenti

Naxçıvanlı vəzifəli şəxs həbs edildi
Ölkə19:39 22.10.2026

Naxçıvanlı vəzifəli şəxs həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Cavid Ağaməliyev həbs edilib.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, Naxçıvan şəhər Məhkəməsinin qərarına əsasən, Cavid Ağaməliyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, o, dövlət vəsaitini mənimsəməkdə şübhəli bilinir. Cavid Ağaməliyev şübhəli şəxs qismində prokurorluq tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179-cu (Mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.