Xəbər lenti

Çingiz Əhmədovun kökəlməsinin səbəbi "Coca-Cola" imiş
Ölkə17:00 22.10.2026

Çingiz Əhmədovun kökəlməsinin səbəbi "Coca-Cola" imiş

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Əməkdar artist Çingiz Əhmədov xeyli çəki alıb. Aktyorun kökəlməsinə isə maraqlı bir səbəb olub.

Qaynarinfo xəbər verir ki, Çingiz Əhmədov vaxtilə aparıcılıq etdiyi mətbəx verilişində “Coca-Cola”nın reklamını edib. Məhz həmin dövrdə aktyorun çəkisi 8-10 kiloqram artıb.

Qaynarinfo-ya açıqlamasında aktyor artıq çəkidən qurtulmağın onun üçün heç də asan olmadığını bildirib. O, əvvəlki çəkisinə qayıtmaq üçün bir il əziyyət çəkdiyini deyib:

“Arıqlamaq mənə ağır başa gəldi. Bir ilə güclə arıqladım. İndi özümü rahat hiss edirəm”.

Çingiz Əhmədov noyabr ayında yeni televiziya layihəsi ilə tamaşaçıların qarşısına çıxacağını da xatırladıb.

Bahar Rüstəmli