
"Bakı Metropoliteni" QSC-nin İdarə Heyəti sədrinə yeni müşavirlər təyin olunub.
Qaynarinfo-nun məlumatına görə, Elgün Rəsulov, İlham Axundov və Kənan Cəfərov sözügedən vəzifələrə gətiriliblər.
Bu barədə "Bakı Metropoliteni” QSC-nin İdarə Heyətinin sədri Vüsal Aslanov müvafiq əmr imzalayıb.
Qeyd edək ki, bu vəzifədən əvvəl Elgün Rəsulov “Azərpoçt” MMC-də İdarə Heyəti sədrinin müşaviri (2022-2026), İlham Axundov “Azərbaycan Dəmir Yolları” QSC-də sədrinin müşaviri (2023–2026), Kənan Cəfərov isə "Vadi Baku" QSC-nin icraçı direktoru (2024-2026) olub.
Aydın

Elgün Rəsulov

İlham Axundov

Kənan Cəfərov