
Bakıda avtomobilin saxlanılması üstündə qonşusu ilə mübahisə edən 67 yaşlı kişi onu döydüyünə görə cərimələnib.
Qaynarinfo-nun məlumatına görə, 1959-cu ildə Şəki rayonunda anadan olan kişi Xətai rayonunda qonşusu Mübarək Məmmədova qarşı zor tətbiq etməkdə təqsirli bilinib.
Hadisə avtomobilin yol kənarında saxlanılması ilə bağlı mübahisə zamanı baş verib. Zərərçəkmişin sözlərinə görə, qonşusu onu boğazından sıxaraq vurub. Məhkəmə-tibbi ekspertizası Mübarək Məmmədovun boyun nahiyəsində sıyrıqlar aşkarlayıb. Hadisə ilə bağlı cinayət işinin başlanması rədd edilsə də, kişinin hərəkətləri İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə qiymətləndirilib.
Məhkəmə onun yaşını və himayəsində əlilliyi olan övladının olmasını yüngülləşdirici hallar kimi nəzərə alıb. Nəticədə, kişiyə 300 manat inzibati cərimə kəsilib.
Aydın