Xəbər lenti

Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq
Ölkə18:08 22.10.2026

Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xuliqanlıqda təqsirli bilinən şəxs cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilib.

Qaynarinfo-nun məlumatına görə, 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Fərhad İsgəndərov Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Fərhad İsgəndərov məhkəməyə müraciət edərək cəzasının yarısından çoxunu çəkdiyini, üzərinə qoyulan vəzifələri yerinə yetirdiyini və törətdiyi əməldən peşman olduğunu bildirib. O, həmçinin nişanlı olduğunu və toyunun olacağını deyərək cəzasının qalan hissəsindən azad edilməsini xahiş edib.

Məhkəmə materiallarına görə, İsgəndərov cəza çəkdiyi müddətdə qaydaları pozmayıb, probasiya orqanının çağırışlarına vaxtında gəlib və zərərçəkmiş şəxslə barışıb. Zərərçəkmişin də ona qarşı şikayəti və tələbi olmayıb.

Prokuror ərizənin təmin edilməməsini təklif etsə də, məhkəmə məhkumun davranışını müsbət qiymətləndirərək müraciəti təmin edib. Nəticədə Fərhad İsgəndərov cəzasının qalan 3 ay 16 günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilib.

Aydın