Xəbər lenti

Norveçin suveren investisiya fonu rüblük 26,5 milyard avro zərər edib
Dünya17:46 22.10.2026

Norveçin suveren investisiya fonu rüblük 26,5 milyard avro zərər edib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünyanın ən böyük suveren investisiya fondu olan Norveçin “Norges Bank Investment Management” (NBIM) qurumu üçüncü rübün yekunlarına əsasən, xalis aktivlərinin dəyərinin 278 milyard Norveç kronu (26,5 milyard avro), yaxud 1,2 faiz azaldığını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə NBIM-in baş direktorunun müavini Trond Qrande bildirib.

"Faiz dərəcələrinin artması sabit gəlirli alətlərə, o cümlədən istiqrazlara yatırımlarımızın nəticələrinə mənfi təsir göstərib. Səhmlər üzrə gəlirlilik də sıfıra yaxın olub, lakin sektorlar arasında ciddi fərqlər müşahidə edilib. Ən böyük artım enerji şirkətlərində qeydə alınıb. Faiz dərəcələrinin dəyişməsinə həssas olan kommunal xidmətlər və daşınmaz əmlak kimi sektorlar isə geriləyib".

2026-cı il sentyabrın 30-na olan məlumata görə, fondun aktivlərinin ümumi dəyəri 22 trilyon Norveç kronu (2 trilyon avro) təşkil edib.

Aktivlərin 72,1 faizi səhmlərə, 25,8 faizi sabit gəlirli maliyyə alətlərinə, 1,6 faizi açıq bazarda ticarət olunmayan daşınmaz əmlak obyektlərinə, 0,5 faizi isə bərpa olunan enerji sahəsində açıq bazarda ticarət olunmayan infrastruktur layihələrinə yatırılıb.

Aydın