Xəbər lenti

Türkiyədə üçmərtəbəli bina çöküb, ölən və xəsarət alan var
Dünya22:38 21.10.2026

Türkiyədə üçmərtəbəli bina çöküb, ölən və xəsarət alan var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin Zonquldak şəhərində üçmərtəbəli binanın çökməsi nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

Qaynarinfo xəbər verir ki, hadisə axşam saatlarında Kadırğa Yoxuşu ərazisində baş verib. Əraziyə AFAD, yanğınsöndürmə, polis və təcili tibbi yardım briqadaları cəlb olunub.

Xilasedicilərin fəaliyyəti nəticəsində dağıntılar altında qalan iki nəfərdən biri yaralı vəziyyətdə çıxarılıb, digərinin isə meyiti aşkarlanıb.