Xəbər lenti

Booking.com 2027-ci ilin ən dəbdə olacaq şəhərlərini açıqladı
Dünya16:31 21.10.2026

Booking.com 2027-ci ilin ən dəbdə olacaq şəhərlərini açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ənənəvi olaraq, payız-qış mövsümü yaxınlaşdıqca bir çox turizm portalı və şirkəti növbəti ilin ən populyar səyahət istiqamətləri ilə bağlı proqnozlarını açıqlayır. Dünyanın ən böyük turizm məqsədli yaşayış yeri bronlaşdırma platforması olan “Booking.com” da bu tendensiyadan geri qalmayaraq 2027-ci ildə ən dəbdə olacaq şəhərlərin reytinqini təqdim edib.

Qaynarinfo xəbər verir ki, şirkət illik “Travel Predictions” araşdırmasında proqnozlaşdırır ki, 2027-ci ildə səyahətlər ənənəvi ssenarilərdən kənara çıxacaq.

“Turistlər getdikcə gözlənilməzliklərə daha açıq olacaq, eyni zamanda özlərinin yeni cəhətlərini kəşf edəcəklər. İnsanın özünə xas olmayan tamamilə fərqli bir fəaliyyətlə məşğul olduğu səyahətlər (77%), hazırkı emosional vəziyyətin təsiri ilə istiqamət seçimi (81%) və kokteyl içmək əvəzinə sərdabələrə baş çəkmək – paranormal turizm getdikcə populyarlaşır (65%) – 2027-ci ilin səyahətləri həqiqətən də gözlənilməz edəcəyini vəd edir”, deyə “Booking.com”dan bildiriblər.

“Booking.com”un versiyasına görə, 2027-ci ildə ən populyar 12 şəhər

1. Reyms, Fransa
2. Monterey, Kaliforniya, ABŞ
3. Senday, Yaponiya
4. Rosario, Argentina
5. Puri, Hindistan
6. Kristçörç, Yeni Zelandiya
7. Bratislava, Slovakiya
8. Qoyaniya, Braziliya
9. Peskara, İtaliya
10. Asunsion, Paraqvay

Reytinqin liderlərini müəyyənləşdirmək üçün “Booking.com” yaxın 12–24 ay ərzində işgüzar və ya turistik səfərlər etməyi planlaşdıran 33 ölkədən 28 230 yetkin respondent arasında sorğu keçirib.

Onlayn sorğu 2026-cı ilin iyul-avqust aylarında aparılıb. Araşdırmaya 2026-cı il yanvarın 1-dən iyunun 30-dək “Booking.com” platformasında bronlaşdırmaların sayına görə ilk 1000 istiqamətə daxil olan şəhərlər salınıb.

Əldə edilən siyahı illik artım göstəricisinə əsasən sıralanıb. Daha sonra coğrafi müxtəlifliyi təmin etmək məqsədilə reytinqə əlavə düzəlişlər edilib.

Aydın