
Əməkdar artist Firuzə İbadova yenidən əməliyyat olunmağa hazırlaşır.
Qaynarinfo xəbər verir ki, bu barədə müğənni İzzət Bağırov məlumat verib. O, həmkarının iki ay əvvəl ağır əməliyyat keçirdiyini xatırladaraq, qarşıda daha bir cərrahi müdaxilənin olduğunu bildirib.
"İki böyük və həddindən artıq ağır əməliyyat keçirib. Hazırda isə üçüncü əməliyyata hazırlaşır. Həkimlər bu əməliyyata ehtiyac olduğunu bildiriblər”, deyə İzzət Bağırov qeyd edib.
Müğənni həmçinin həmkarlarını Firuzə İbadovaya baş çəkməyə və onun səhhəti ilə maraqlanmağa çağırıb:
"Tədbirlərdə Firuzə İbadovanı görüb öpüşənlərə səslənirəm-gəlin, Firuzə İbadovaya baş çəkək. Hamının borcudur ki, onun evinə gəlib səhhəti ilə maraqlansın".
Qeyd edək ki, bir müddət əvvəl Firuzə İbadovanın səhhətində problem yaranıb. Müğənni əməliyyat olunsa da, səhhətindəki problemlərlə bağlı ətraflı açıqlama verməyib.
Bahar Rüstəmli