Xəbər lenti

Lerikdə qanunsuz qızıl axtaranlardan biri öldü, ikisi saxlanıldı
Ölkə15:04 21.10.2026

Lerikdə qanunsuz qızıl axtaranlardan biri öldü, ikisi saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünən gecə saatlarında Lerik rayonunun dağlıq ərazisində qanunsuz qazıntı işləri apararaq qızıl axtaran 3 nəfər polis tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Qaynarinfo-ya verilən məlumata görə, həmin şəxslər saxlanılarkən müqavimət göstərərək qaçmağa cəhd ediblər.

Bu zaman qaçan şəxslərdən R. Səfərov qayalıqdan dərəyə yıxılaraq aldığı xəsarətlərdən ölüb. Digər şəxs - E. Kərimov saxlanılıb.

Hadisə yerindən deşici alətlər və dinamitə bənzər, kustar üsulla hazırlanmış partlayıcı qurğu aşkar olunaraq götürülüb.

Daha sonra hadisə yerindən qaçan R. Qasımov da polis tərəfindən görülmüş tədbirlər nəticəsində tutulub.