Xəbər lenti

"Naxçıvan Aqroservis" ASC-nin sədri saxlanıldı
Ölkə14:32 21.10.2026

"Naxçıvan Aqroservis" ASC-nin sədri saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin sədri Cavid Ağaməliyev saxlanılıb.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, o, dövlət vəsaitini mənimsəməkdə şübhəli bilinir.

Cavid Ağaməliyev şübhəli şəxs qismində prokurorluq tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179-cu (Mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.