Xəbər lenti

Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun nizamnamə kapitalı 2 dəfə artırıldı
Ekonomiks17:04 21.10.2026

Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun nizamnamə kapitalı 2 dəfə artırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında 11 oktyabr 2022-ci il tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında İkinci Əlavə Saziş"in təsdiq edilməsi barədə qanunu təsdiqləyib.

Qaynarinfo xatırladır ki, Saziş bu il iyulun 31-də Çolpon-Ata şəhərində imzalanıb.

Dəyişikliyə əsasən, Fondun nizamnamə kapitalı 2 dəfə artırılaraq 200 milyon ABŞ dollarına çatdırılıb.