
Həyət evini ilanlar basıb.
Görüntüləri “Xəzər Xəbər”ə göndərən izləyici iddia edir ki, Pirşağı qəsəbəsində olan evində ilanlara görə yaşaya bilmir.
Şikayətçinin sözlərinə görə, ilk ilanı gördükdən sonra evin hər tərəfinə yapışqan məhlul yerləşdirib. Üç azyaşlı uşağı ilə həyət evində kirayə yaşayan Lətafət Musayeva bir neçə ilanın evə daxil olduğunu deyir.
Məsələ ilə bağlı Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib ki, problemin həlli qurumun səlahiyyətlərinə aid deyil. Fövqəladə hallar nazirliyi və ekologiya və təbii sərvətlər nazirliyinə də müraciət edilib.
Lakin, cavablardan məlum olub ki, bu cür hallara nəzarət edən məsul qurumun kim olduğu aydın deyil.
Qaynarinfo mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.