Xəbər lenti

Aİ rəsmiləri "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin üzvləri ilə görüşüblər
Dünya22:50 21.10.2026

Aİ rəsmiləri "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin üzvləri ilə görüşüblər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Brüsseldə Avropa İttifaqının (Aİ) Avropa Xarici Fəaliyyət Xidmətində ("European External Action Service") oktyabrın 21-də "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin üzvləri qəbul olunub.

Qaynarinfo xəbər verir ki, birliyin üzvləri Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsinin siyasi məsələlər üzrə müşaviri Okke Bouvman və Azərbaycanla əlaqələr üzrə koordinatoru Marko Kardinali ilə görüşüblər.

Təxminən 1 saat davam edən görüşdə azərbaycanlı itkinlərin ailələri bildiriblər ki, Ermənistan post-münaqişə dövründə də onların yaxınları barədə heç bir məlumat təqdim etməyib.

"Qarabağ İtkin Ailələri" İctimai Birliyinin sədri Könül Behbudova oktyabrın 20-də azərbaycanlı itkin ailələrinin Brüsseldə Avropa Parlamentinin qarşısında - "Place du Luxembourg" meydanında etiraz aksiyası keçirdiyi və bəyanat qəbul etdiyini bildirib. O, vurğulayıb ki, Ermənistan azərbaycanlı itkinlərin taleyi ilə əlaqədar birbaşa cavabdehlik daşıyır, kütləvi məzarlıqların yerləri barədə məlumatları Azərbaycanla bölüşməyə borcludur. K.Behbudova işğaldan azad edilmiş Azərbaycan ərazilərində bu günədək 32 kütləvi məzarlığın aşkarlanmasını böyük humanitar faciənin kiçik epizodu kimi qiymətləndirib.

Görüşdə qeyd olunub ki, bu gün Brüseldə "Schuman" meydanında azərbaycanlı itkinlərin daha bir aksiyası keçirilib. İctimai Birlik üzvləri yaxınlarından xəbər alanadək susmayacaqlarını, aksiyaları davamlı olaraq keçirəcəklərini bildiriblər.