Xəbər lenti

Azərbaycanla Macarıstan arasında hüquq sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub
Ölkə23:09 21.10.2026

Azərbaycanla Macarıstan arasında hüquq sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan ilə Macarıstan arasında qanunvericilik və hüquq sahələrində mövcud səmərəli əməkdaşlığın inkişaf etdirilməsi müzakirə edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

"Səfir Esmira Cəfərova Macarıstan Konstitusiya Məhkəməsinin hakimi Akoş Kozma ilə səfirlikdə nəzakət görüşü keçirib", - paylaşımda bildirilib.

Qeyd olunub ki, görüş zamanı Azərbaycan ilə Macarıstan arasında qanunvericilik və hüquq sahələrində mövcud səmərəli əməkdaşlığın qorunub saxlanılması, inkişaf etdirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.