Xəbər lenti

Arıqlama dərmanları ABŞ-da dərzilərə tələbatı artırıb
Dünya19:47 22.10.2026

Arıqlama dərmanları ABŞ-da dərzilərə tələbatı artırıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-da “Ozempik” və digər arıqlama preparatlarından istifadə edən insanların sayı artdıqca dərzi xidmətlərinə də tələbat yüksəlib. Çəki itirən şəxslər əvvəlki geyimlərini bədən ölçülərinə uyğunlaşdırmaq üçün dərzilərə daha çox müraciət edirlər.

Qaynarinfo xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, ayaqqabı və çantaların təmiri ilə məşğul olan “Cobblers Direct” xidmət şirkətində kəmərlərin qısaldılması sifarişləri ötən ilin eyni dövrü ilə müqayisədə azı 10 faiz artıb.

Nəşr bu tendensiyaya nümunə kimi Atlantada yaşayan Lorayn Skottun təcrübəsini də göstərib. Arıqlama preparatlarının köməyi ilə təxminən 27 kiloqram çəki itirən qadın şalvar və cins geyimlərini bədən ölçülərinə uyğunlaşdırmaq üçün dərzi xidmətlərinə ən azı 300 dollar xərcləyib.

“Qarderobumdakı geyimlərin əksəriyyəti artıq mənə uyğun gəlmirdi”, – deyə Skott bildirib.

Bununla yanaşı, ABŞ-da GLP-1 qrupuna aid preparatların populyarlaşması qida əlavələri bazarına da təsir göstərir. “Reuters”in əvvəlki materialında qeyd olunub ki, bəzi istehlakçılar bu əlavələrdən arıqlama müalicəsi zamanı yaranan xoşagəlməz əlamətləri azaltmaq məqsədilə istifadə edirlər. Həkimlər isə belə məhsullar üzərində nəzarətin yetərli olmamasından narahatdırlar.

“Nutrition Business Journal” nəşrinin məlumatına əsasən, ABŞ-da qida əlavələrinin satış həcmi 2025-ci ildə 74 milyard dolları ötüb.

Aydın