Xəbər lenti

Məşhur bacılar arasında eşq qısqanclığı: Kendall Kaylini geridə qoymaq istəyir
Maqazin11:44 23.10.2026

Məşhur bacılar arasında eşq qısqanclığı: Kendall Kaylini geridə qoymaq istəyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünyaca məşhur Cenner bacıları Kendall və Kayli arasında şəxsi həyatla bağlı rəqabət yarandığı iddia edilir. Məlumata görə, Kayli Cenner böyük bacısı Kendallın ondan əvvəl nişanlana biləcəyi ehtimalından narahatdır.

Qaynarinfo xəbər verir ki, “Page Six” nəşrinin məlumatına görə, Cenner ailəsinin üzvləri arasında müzakirələrə səbəb olan məsələ bacıların sevgililəri ilə münasibətlərinin gələcəyi ilə bağlıdır.

İddialara əsasən, 30 yaşlı Kendall Cennerlə aktyor Ceykob Elordi arasındakı münasibət nisbətən yeni olsa da, cütlüyün gələcəklə bağlı ciddi planlarının olduğu bildirilir. Hətta onların yaxın zamanda nişanlana biləcəyi də istisna edilmir.

29 yaşlı Kayli Cenner isə aktyor Timoti Şalame ilə daha uzun müddətdir münasibətdədir. Bununla belə, cütlüyün evlilik barədə konkret qərar vermədiyi iddia olunur. Mənbələrin sözlərinə görə, Şalame münasibətinə dəyər versə də, hələ evliliyə hazır deyil.

Kayli sevgilisindən evlilik təklifi gözləyir

Nəşrə danışan mənbələr Kaylinin böyük bacısının ondan əvvəl nişanlanmaq ehtimalına görə qısqanclıq və məyusluq yaşadığını iddia ediblər. Bildirilir ki, o, sevgilisinin evlilik təklifi etməsini istəyir və bu istiqamətdə ona təzyiq göstərməyə başlayıb.

Mənbələr iki cütlüyün münasibətlərini də müqayisə ediblər. Onların iddiasına görə, Kayli ilə Timoti daha çox əyləncəyə və rahatlığa əsaslanan münasibət yaşayırlar. Kendall və Ceykobun münasibəti isə daha ciddi və gələcəyə yönəlmiş görünür.

Milyonçu bacıların həyatında yeni rəqabət

Kendall və Kayli Cenner məşhur Cenner ailəsində böyüyərək hələ gənc yaşlarından dünya şöhrəti qazanıblar. Kayli kosmetika biznesi ilə böyük sərvət əldə edib, Kendall isə model kimi beynəlxalq uğurlara imza atıb.

İndiyədək ictimaiyyət qarşısında bir-birinə dəstək nümayiş etdirən bacılar arasında həqiqətən də belə bir gərginliyin olub-olmadığı məlum deyil. Evlilik və nişanla bağlı iddialar tərəflər tərəfindən rəsmi şəkildə təsdiqlənməyib.

Aydın