
Britaniyalı aktrisa Helen Mirren keçmişdə narkotik maddələrdən istifadə etdiyini açıqlayıb. Onun sözlərinə görə, xüsusilə ağır narkotik vasitə ilə bağlı yaşadığı təcrübə bu maddələrdən uzaq durmalı olduğunu anlamasına səbəb olub.
Qaynarinfo xəbər verir ki, bu barədə aktrisanın açıqlamasını “Daily Mail” nəşri yayıb.
81 yaşlı sənətçi bildirib ki, vaxtilə məclislərdə kokaini arabir və az miqdarda qəbul edib. Lakin daha güclü narkotik maddə ilə bağlı təcrübəsi onun üçün ciddi xəbərdarlıq olub.
Aktrisa həmin təcrübənin təsirinin çox güclü olduğunu və bu cür maddələrlə zarafat etməyin təhlükəli olduğunu dərhal anladığını vurğulayıb. Mirren bir daha belə vasitələrdən istifadə etməyəcəyini bildirib.
Sənətçi peşəsinə bağlılığının həyatında xüsusi yer tutduğunu da qeyd edib. Onun sözlərinə görə, aktyorluq sənəti özü üçün ən böyük ehtirasdır.
Qeyd edək ki, Helen Mirren Britaniyanın tanınmış aktrisalarından biridir. 1945-ci il iyulun 26-da Londonda anadan olan sənətçi karyerasına 1960-cı illərdə başlayıb. O, müxtəlif filmlərdə rol alsa da, xüsusilə kral ailəsinin üzvlərini canlandırması ilə geniş şöhrət qazanıb.
Aydın