Xəbər lenti

Avropanın ən bahalı və ən ucuz ölkələri: Rahat həyatın qiyməti
Dünya19:30 29.10.2026

Avropanın ən bahalı və ən ucuz ölkələri: Rahat həyatın qiyməti

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avropada bir nəfərin nisbətən rahat həyat sürməsi üçün ayda orta hesabla 2 867 avro xalis gəlirə ehtiyacı var. Lakin bu məbləğ ölkədən asılı olaraq ciddi şəkildə dəyişir: İsveçrədə göstərici 6 491 avroya çatdığı halda, Avropa İttifaqında ən aşağı hədd Rumıniyada qeydə alınıb.

Qaynarinfo xəbər verir ki, bu barədə “Euronews” nəşrinin apardığı araşdırmada bildirilir.

Araşdırmada 34 Avropa ölkəsi üzrə rahat yaşayış üçün tələb olunan gəlir hesablanıb. Burada söhbət minimum yaşayış xərclərindən deyil, ölkə üzrə median gəlirin 150 faizi səviyyəsində olan, yəni orta təbəqənin yuxarı hissəsinə uyğun gəlirdən gedir.

Avropa ölkələri arasında ən yüksək göstərici İsveçrədə qeydə alınıb. Avropa İttifaqına üzv dövlətlər arasında isə Lüksemburq 6 256 avro ilə ilk sırada qərarlaşıb. Rumıniyada rahat həyat üçün tələb olunan aylıq xalis gəlir 1 023 avro təşkil edir.

Avropa İttifaqının ən böyük iqtisadiyyatları arasında Almaniya öndədir. Bu ölkədə bir nəfərin rahat yaşaması üçün ayda 3 611 avro gəlirə ehtiyacı var. Fransada bu məbləğ 3 307 avro, İtaliyada 2 758 avro, İspaniyada isə 2 546 avro hesablanıb.

Araşdırmada ailələrin gəlir ehtiyacları da qiymətləndirilib. Avropa İttifaqında övladı olmayan cütlük üçün orta hesabla ayda 4 301 avro, 14 yaşdan kiçik iki uşağı olan ailə üçün isə 6 021 avro xalis gəlir tələb olunur.

Mütəxəssislərin hesablamalarına görə, birlikdə yaşamaq bəzi xərcləri bölüşməyə imkan verdiyindən mənzil kirayəsi, enerji və digər gündəlik ehtiyaclar üzrə qənaət yarana bilər. Bununla belə, rahat yaşayış üçün tələb olunan məbləğ ölkənin iqtisadi vəziyyəti və gəlir səviyyəsindən asılı olaraq fərqlənir.

Aydın