Xəbər lenti

FT: ABŞ Ukraynanın ərazi güzəştləri ilə bağlı mövqeyini dəyişib
Dünya19:46 28.10.2026

FT: ABŞ Ukraynanın ərazi güzəştləri ilə bağlı mövqeyini dəyişib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ Ukrayna münaqişəsinin həlli ilə bağlı mövqeyinə yenidən baxaraq Kiyevi ərazi iddialarından imtina etməyə məcbur etmək niyyətindən geri çəkilib. Əvvəllər Vaşinqton danışıqlar zamanı Ukraynanın ərazi güzəştlərinə getməsini dəstəkləsə də, indi bu istiqamətdə təzyiq göstərməyəcəyi bildirilir.

Qaynarinfo xəbər verir ki, bu barədə Financial Times qəzeti məsələ ilə tanış olan iki mənbəyə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, Vaşinqton daha əvvəl Ukraynaya gələcək təhlükəsizlik təminatlarının verilməsini ərazi güzəştləri ilə əlaqələndirirdi. Lakin ABŞ tərəfi sonradan Kiyevin danışıqlar masasında torpaqdan imtina etməsi üçün təzyiq göstərməyəcəyini bildirib.

Məlumata əsasən, ABŞ gələn ay Əbu-Dabidə Ukrayna ilə üçtərəfli danışıqlarda irəliləyiş əldə etməyə ümid edir. Fevral ayından sonra ilk dəfə keçirilməsi gözlənilən görüşlərdə müharibədən sonrakı dövr üçün Ukrayna və Rusiyaya mümkün təhlükəsizlik təminatlarının müzakirəsi nəzərdə tutulur.

Bununla yanaşı, Rusiya tərəfi ərazi tələblərindən geri çəkilməyib. Moskva Ukrayna qoşunlarının Donetsk və Luqansk vilayətləri, eləcə də Zaporojye və Xerson vilayətlərinin ərazilərindən çıxarılmasını tələb edir. Financial Times yazır ki, Rusiya prezidenti Vladimir Putin hələlik danışıqlardakı mövqeyini yumşaltmağa hazır olduğuna dair əlamət göstərməyib.

Aydın