
Xırdalanda cibgir sıxlıqdan istifadə edərək avtobusda sərnişinin cibindən 1060 manat oğurlayıb.
Qaynarinfo xəbər verir ki, zərərçəkmişin hüquq-mühafizə orqanlarına müraciəti nəticəsində həmin şəxs müəyyən edilərək saxlanılıb. Ona Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə (oğurluğun təkrar törədilməsi) ittiham elan olunub. Cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb.
Məhkəmə materiallarına əsasən hadisə 2026-cı ildə Bakı-Sumqayıt şossesinin Xırdalan şəhərindən keçən hissəsində, “Azər-Siti” mağazasının yaxınlığındakı dayanacaqdan hərəkət edən avtobusda baş verib.
Avtobusda sərnişinlərin çox olduğunu görən şəxs sürücünün yanında dayanan, bir əli ilə tutacaqdan yapışıb digər əli ilə telefonla danışan kişini hədəf seçib. O, qəfil sərnişinin şalvarının sağ cibinə əlini salaraq pulu götürüb və avtobusun içərisinə doğru hərəkət edib. Zərərçəkmiş həmin an baş verənlərdən xəbər tutmayıb.
Təqsirləndirilən şəxs məhkəmədə əməlini etiraf edib. O, avtobusdan Masazır istiqamətində düşərək ərazidən uzaqlaşdığını, götürdüyü 1060 manatı şəxsi ehtiyaclarına və borclarını ödəməyə xərclədiyini bildirib.
Məhkəmənin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
Seyid