
İspaniyada iki sərnişin qatarının toqquşması nəticəsində azı 39 nəfər həlak olub, çox sayda insan xəsarət alıb.
Qaynarinfo bu barədə “Antenne 3” telekanalına istinadla məlumat yayıb.
Hadisə Toledoda, Urda stansiyası yaxınlığında baş verib. Məlumata görə, toqquşan qatarlardan biri “Renfe”, digəri isə “Iryo” şirkətinə məxsus olub.
Bildirilib ki, qəza nəticəsində ən azı dörd vaqon aşıb. İlkin məlumatlarda vaqonlardan ikisinin relsdən çıxdığı qeyd olunub.
Aydın