Xəbər lenti

Ermənistan parlamenti ABŞ-la TRIPP layihəsi üzrə sazişi təsdiqlədi
Siyasət13:59 28.10.2026

Ermənistan parlamenti ABŞ-la TRIPP layihəsi üzrə sazişi təsdiqlədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib.

Qaynarinfo-nun APA-ya istinadən məlumatına görə, parlament “Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlıq haqqında” çərçivə sazişini ratifikasiya edib.

63 nəfər lehinə, 32 nəfər isə əleyhinə səs verib, bitərəf qalan olmayıb.

Qeyd edək ki, bu ilin may ayında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio “TRIPP layihəsi ətrafında Ermənistan Respublikası ilə ABŞ arasında strateji əməkdaşlıq haqqında” çərçivə sazişini paraflayıblar.