Xəbər lenti

Nazir Fərman Qurbanlını Aparat rəhbəri vəzifəsinə gətirdi
Ölkə12:47 28.10.2026

Nazir Fərman Qurbanlını Aparat rəhbəri vəzifəsinə gətirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri Rəşad Allahverdiyev vəzifəsindən azad olunub.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazir Rəşad İsmayılovun əmri ilə Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib.

ETSN-in mətbuat katibi İradə İbrahimova yeni təyinatı Qaynarinfo-ya təsdiqləyib.

O qeyd edib ki, Fərman Qurbanlı bu təyinatadək Nazirliyin Aparat rəhbərinin müavini vəzifəsində çalışıb.

Aydın