
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri Rəşad Allahverdiyevə yeni vəzifə verilib.
Qaynarinfo-nun məlumatına görə, Rəşad Allahverdiyev Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayevin baş məsləhətçisi təyin edilib.
Qeyd edək ki, R. Allahverdiyev 2005-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyində Beynəlxalq əməkdaşlıq şöbəsində, katiblikdə və kollegiya katibi kimi müxtəlif vəzifələrdə çalışıb. Sabiq nazir Muxtar Babayevin müvafiq əmri ilə, 4 fevral 2021-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) yeni Aparat rəhbəri təyin olunmuşdu.
Aydın