
Türkiyənin İstanbul şəhəri Avropada romantik görüşlər üçün ən ucuz şəhərlərin siyahısına başçılıq edir. Şəhərdə görüşün orta qiyməti 168 avro təşkil edir.
Qaynarinfo xəbər verir ki, bu barədə “Euronews” Deutsche Bankın araşdırma institutunun hesabatına istinadən məlumat yayıb.
Reytinq hazırlanarkən şərab, cins şalvar, don, iki fincan qəhvə, orta səviyyəli restoranda iki nəfərlik nahar, kinoya iki bilet, ictimai nəqliyyatda iki birtərəfli gediş və taksi ilə 5 kilometrlik səfərin qiyməti nəzərə alınıb.
Siyahıda ikinci yeri 195 avro ilə Roma, üçüncü yeri isə 213 avro ilə Barselona tutub. İlk beşliyə həmçinin Praqa (214 avro) və Madrid (219 avro) daxil olub.
Görüş üçün ən bahalı şəhər isə İsveçrənin Cenevrə şəhəri seçilib. Burada sadalanan xərclərin ümumi məbləği orta hesabla 407 avroya çatır. Sürix 400 avro ilə ikinci, Kopenhagen və Oslo isə hər biri 323 avro ilə üçüncü yerdə qərarlaşıb.
Aydın