
Polkovnik-leytenant Ramin Orucov FHN-in Gəncə Regional Mərkəzinin rəisi təyin edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.
O bu təyinatadək nazirliyin Aran Regional Mərkəzinin rəisi vəzifəsində çalışıb.
Nazirin digər əmri ilə Gəncə Regional Mərkəzinin əvvəlki rəisi Rövşən Nəbiyev Qələbə Regional Mərkəzinin rəisi vəzifəsinə təyin olunub.