Xəbər lenti

Belçikada qış saatına keçiddən sonra qəzalar 73 faiz artıb
Dünya22:42 27.10.2026

Belçikada qış saatına keçiddən sonra qəzalar 73 faiz artıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Belçikada qış saatına keçiddən sonra axşam saatlarında piyadaların ölümü və ya ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı kəskin artıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Belçikanın Yol Təhlükəsizliyi İnstitutu Vias-ın 2016–2025-ci illəri əhatə edən araşdırmasının nəticələrində bildirilib.

Araşdırmaya əsasən, oktyabr və noyabr aylarının müqayisəsi zamanı axşam saatlarında piyadaların yaralandığı və ya öldüyü qəzaların sayı noyabrda 39 faiz artıb. Qış saatına keçiddən sonra isə piyadaların ölümü və ya ağır xəsarət alması ilə nəticələnən qəzaların artımı 73 faizə çatıb.

Son 10 ildə Belçikada noyabr ayında saat 16:00-dan 19:00-dək baş verən yol qəzalarında 181 piyada ölüb və ya ağır xəsarət alıb. Bu, ildə orta hesabla 18 nəfər deməkdir.

Ən böyük artım Valon bölgəsində qeydə alınıb. Burada göstərici 104 faiz yüksəlib. Brüsseldə artım 73 faiz, Flamand bölgəsində isə 63 faiz təşkil edib.

İnstitutun açıqlamasında bildirilib ki, noyabrda havanın daha tez qaralması sürücülərin piyadaları vaxtında görməsini çətinləşdirir və qəza baş verməzdən əvvəl əyləci basmaq imkanını azaldır.

Qaranlıq saatlar velosipedçilər üçün də təhlükə yaradır. Belə ki, noyabrda alaqaranlıq vaxtı baş verən velosiped qəzalarının sayı velosiped istifadəsinin daha geniş yayıldığı iyun ayı ilə müqayisədə təxminən dörd dəfə çox olur.

Qeyd edək ki, Belçikada oktyabrın 25-də saatların bir saat geri çəkilməsi ilə qış saatına keçilib.

Aydın