Xəbər lenti

Azərbaycan Kubokunda 1/8 finala yüksələn daha iki komanda müəyyənləşdi
İdman19:18 27.10.2026

Azərbaycan Kubokunda 1/8 finala yüksələn daha iki komanda müəyyənləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Kubokunda II təsnifat mərhələsinin daha iki oyunu keçirilib.

Qaynarinfo xəbər verir ki, "Qəbələ" I Liqa təmsilçisi "Mingəçevir"i 3 cavabsız qolla məğlub edib.

II Liqada çıxış edən "Kür-Araz" isə "Sumqayıt"a böyük hesabla uduzub - 0:11.

Qələbə qazanan hər iki komanda adını 1/8 finala yazdırıb.

Xatırladaq ki, II təsnifat mərhələsinin bu gün keçirilən oyunlarında "Araz-Naxçıvan" "Şimal"ı 6:0, "Marafon" isə "Zaqatala"nı 1:0 hesabı ilə məğlub edib.

Ümumilikdə bu raunda oktyabrın 29-da yekun vurulacaq.