Xəbər lenti

Mbappe Maonun təsviri ilə bağlı zarafata görə Çin xalqından üzr istədi
İdman16:53 27.10.2026

Mbappe Maonun təsviri ilə bağlı zarafata görə Çin xalqından üzr istədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Real Madrid”in fransalı hücumçusu Kilian Mbappe Çin xalqından üzr istəyib. Futbolçunun müsahibə zamanı səsləndirdiyi zarafat sosial şəbəkələrdə narazılığa səbəb olub və Çin şirkətləri onunla reklam müqavilələrini dayandırıb.

Qaynarinfo xəbər verir ki, Mbappe üzrxahlığını “X” sosial şəbəkəsindəki hesabında paylaşıb. O, müsahibə zamanı öz təsvirinə baxaraq düşünülməmiş şərh verdiyini və sözlərinin Çində, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan Çin icmalarının nümayəndələrini incitdiyini sonradan anladığını bildirib.

“Dediklərimdən narahat olan hər kəsdən üzr istəyirəm. Məqsədim bu deyildi. Çin xalqına və onun tarixinə böyük hörmət bəsləyirəm və səmimi-qəlbdən təəssüflənirəm”, – deyə futbolçu qeyd edib.

Qalmaqala səbəb sosial şəbəkələrdə yayılan video olub. Həmin görüntülərdə Mbappe üzünün başqa bir şəxsin təsviri ilə birləşdirildiyi memi ən gülməli hesab etdiyini deyib və həmin şəxsi “Çin diktatoru” adlandırıb. Söhbətin Çin Xalq Respublikasının keçmiş lideri Mao Tszedundan getdiyi ehtimal olunur.

Hadisədən sonra Çinin Dongpeng və Mengniu şirkətləri futbolçu ilə reklam müqavilələrini ləğv ediblər. Şirkətlər bu qərarı milli hissləri təhqir edən davranışlara qarşı sıfır tolerantlıq siyasəti ilə əsaslandırıblar.

Qeyd edək ki, oktyabrın 26-da keçirilən “Qızıl top” – 2026 mükafatı uğrunda səsvermədə Mbappe İngiltərə millisinin və “Bavariya”nın hücumçusu Harri Keynə uduzub. Fransa millisinin üzvü karyerası ərzində hələ bu nüfuzlu fərdi mükafatı qazana bilməyib.

Aydın