
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında böyük ixtisarların aparılacağı gözlənilir.
Bu barədə aktyor Allahverdi Yolçuyev Qaynarinfo-ya açıqlamasında məlumat verib.
Aktyor bildirib ki, yay aylarında işlə təmin olunmaq üçün Musiqili Teatra müraciət edib. Lakin ona müəssisədə ixtisarların gözlənildiyi deyilib:
"Teatrdan mənə bildirdilər ki, özümüzdə böyük ixtisar gözlənilir. Bu səbəbdən geri çəkildim. Dedilər ki, ixtisar noyabr ayında olmalıdır".
Sənətçi səhhətinin hazırda yaxşı olduğunu da qeyd edib.
Xatırladaq ki, Allahverdi Yolçuyev uzun müddətdir Parkinson xəstəliyindən əziyyət çəkir. O, müalicə xərclərini qarşılamaq və dərmanlarını almaq üçün küçədə corab satmağa məcbur qaldığını açıqlamışdı.
Bahar Rüstəmli