Xəbər lenti

Şarlott Kurtua: Rəqəmsal alətlər tələbələrin biliklərini başqalarına ötürməsinə imkan yaradır
Siyasət13:45 27.10.2026

Şarlott Kurtua: Rəqəmsal alətlər tələbələrin biliklərini başqalarına ötürməsinə imkan yaradır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rəqəmsal alətlərdən tədrisdə istifadə yalnız biliklərin mənimsənilməsinə deyil, tələbələrin öz biliklərini başqalarına çatdırmasına da imkan yaradır.

Qaynarinfo xəbər verir ki, bunu “Konstelacio” adlı qeyri-hökumət təşkilatının təsisçisi, UNESCO-nun sülh naminə gənc liderlərindən biri Şarlott Kurtua VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən müzakirələrdə deyib.

O bildirib ki, müxtəlif ölkələrin icmalarının dəyərləri və mədəni xüsusiyyətləri nəzərə alınmaqla, mədəni müxtəlifliklə bağlı məsələlər araşdırılır, problemlərin ilkin səbəbləri müəyyənləşdirilir: “Bu prosesdə tələbələrlə birlikdə qısa videolar hazırlanır. Həmin videolarda tələbələr araşdırdıqları problemləri və əldə etdikləri nəticələri təqdim edirlər. Layihə çərçivəsində iştirakçı ölkələrdən tarixçilər və aşpazlarla əməkdaşlıq edilir”.

Şarlott Kurtua vurğulayıb ki, rəqəmsal vasitələrin tədrisdə tətbiqi ilə yanaşı, tələbələrin özlərinin rəqəmsal məzmun yaratması da mühüm əhəmiyyət daşıyır. Bu yanaşma onlara həm öyrənmək, həm də əldə etdikləri bilikləri başqaları ilə bölüşmək imkanı verir.