Xəbər lenti

Darla Deardorff: Mədəniyyətlərarası səriştə gündəlik həyatımızın bir hissəsi olmalıdır
Siyasət13:40 27.10.2026

Darla Deardorff: Mədəniyyətlərarası səriştə gündəlik həyatımızın bir hissəsi olmalıdır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Mədəniyyətlərarası səriştə yalnız müxtəlif dillərdə danışmaq və bilik mübadiləsi aparmaq deyil, həm də başqalarını anlamaq, fərqli baxışlara hörmətlə yanaşmaq və empatiya göstərmək bacarığıdır.

Qaynarinfo xəbər verir ki, bunu mədəniyyətlərarası səriştələr üzrə ekspert Darla K. Deardorff VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Mədəniyyətlərarası rəqəmsal gələcək: rəqəmsallaşma və süni intellekt əsrində cəmiyyətlər üçün mədəniyyətlərarası rəqəmsal səriştələr” mövzusunda plenar iclasda deyib.

O bildirib ki, mədəniyyətlərarası səriştə gündəlik həyatın ayrılmaz hissəsi olmalı, insanların bir-biri ilə münasibətlərində və ünsiyyətində özünü göstərməlidir.

Ekspert bu səriştənin beş əsas istiqamətini qeyd edib: anlamaq məqsədilə dinləmək, fərqli perspektivləri nəzərə almaq, öz fərziyyə və qərəzlərini sorğulamaq, empatiya və insan mərkəzli yanaşma, eləcə də uyğunlaşma bacarığı.

D. Deardorff vurğulayıb ki, rəqəmsal mühitdə də insan amili əsas götürülməli, müxtəlif baxışların təmsilçiliyinə diqqət yetirilməli və kimin səsinin eşidilmədiyi sualı daim nəzərə alınmalıdır.