Xəbər lenti

Kartof bahalaşmayacaq, ucuzlaşacaq - Fermerdən açıqlama
Ekonomiks16:39 28.10.2026

Kartof bahalaşmayacaq, ucuzlaşacaq - Fermerdən açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fermer Anar Abbasov yaxın günlərdə kartofun qiymətinin artacağı ilə bağlı məlumata aydınlıq gətirib.

O, Qaynarinfo-ya açıqlamasında payız aylarında kartofun qiymətinin artmasının gözlənilmədiyini bildirib:

"Hazırda satışda Tovuz kartofudur çıxır. Yerində 40 qəpikdir. Yaxın 3-4 günə Cəlilabad kartofu çıxacaq. Əslində qiymətin qalxacağı ilə bağlı deyilənlər düz deyil. Çünki qiymətlər enəcək".

Anar Abbasovun sözlərinə görə, havalar yaxşı keçdiyindən kartof sahələrində məhsuldarlıq yüksəkdir:

"Əvvəlki illərlə müqayisədə bu qədər kartof olmayıb. Payız kartofu yerdən çıxan kimi bazarlara gətirilir. İstər-istəməz köhnə kartofa tələbat azalır. Ona görə kartofun qiyməti mütləq şəkildə aşağı düşəcək".

Bahar Rüstəmli