
Azərbaycanda orta ömür müddəti 77,1 il təşkil edir.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, qadınlarda bu göstərici 79,3 il, kişilərdə isə 74,9 ildir.
Şəhər və rayonlar üzrə göstəricilərə əsasən, orta ömür müddətinin ən yüksək olduğu ərazi Sədərək, ən aşağı olduğu ərazi isə Ağdam rayonudur.
Təqdim olunan məlumatlara görə, Sədərək rayonunda orta ömür müddəti 88,05 il təşkil edir. Sədərəkdən sonra ən yüksək orta ömür müddətinin Ağdərədə (83,35 il), Abşeronda (82,75 il), Culfada (81,25 il) və Ordubadda (80,30 il) qeydə alındığı bildirilir.
Paytaxt Bakıda orta ömür müddəti 78,35 il təşkil edir və qadınlarda bu göstərici 80,4 il, kişilərdə isə 76,3 ildir.
Orta ömür müddətinin ən aşağı olduğu rayonlar sırasında Ağdam rayonu 73,45 illə ilk yerdədir. Şirvan şəhərində bu göstərici 73,80 il, Naftalan şəhərində 73,90 il, Siyəzən rayonunda 74,20 il, Salyan rayonunda isə 74,40 il təşkil edir. Mingəçevir şəhərində də orta ömür müddəti 74,20 ildir.
Məlumatlardan görünür ki, orta ömür müddətinin ən yüksək olduğu Sədərək rayonu ilə ən aşağı göstəriciyə malik Ağdam rayonu arasında 14,6 il fərq var.
Azərbaycanın şəhər və rayonlarında orta ömür müddəti aşağıdakı kimi olub:
