
"Qarabağ" klubunun 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında məğlub olub.
Qaynarinfo-nun məlumatına görə, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv Xorvatiya təmsilçisi "Dinamo"nun müvafiq yaş qrupundan ibarət komandasına uduzub.
II təsnifat mərhələsinin "Azərsun Arena"da baş tutan oyunu rəqibin 2:1 hesablı qələbəsi ilə bitib.
"Qarabağ"ın futbolçusu Viktor Ani Çidioke 45-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.
Rəqibin heyətində Yona Benkotiç 54-cü dəqiqədə penaltidən yararlana bilməsə də, 67-ci dəqiqədə tarazlığı bərpa edib. 90-cı dəqiqədə isə Roko Ban Zaqreb təmsilçisinin qələbə qolunu vurub.
Xatırladaq ki, tərəflər arasındakı cavab oyunu noyabrın 4-də keçiriləcək.