
AFFA İntizam Komitəsi "Neftçi"nin futbolçusu İqor Ribeyro ilə bağlı qərar qəbul edib.
Qaynarinfo xəbər verir ki, müdafiəçi Misli Premyer Liqasının IX turunda "Turan Tovuz"la görüşdə birbaşa qırmızı vərəqə aldığı üçün ikioyunluq cəzalanıb.
Buna görə paytaxt klubu 1 000 manat cərimələnib.
Bundan əlavə, "Araz-Naxçıvan" və "Qəbələ" klubları 700 manat cərimə ödəyəcəklər. Buna komandaların bir-biri ilə keçirdikləri oyunda müvafiq olaraq dörd və beş futbolçunun sarı vərəqə alması səbəb olub.
"Şamaxı" klubu da "İmişli" ilə qarşılaşmada beş futbolçusunun sarı vərəqə almasına görə 700 manat cərimələnib.
"Kəpəz"lə oyunda matçın ilkin protokolunun elektron sistemdə gec təsdiqlənməsi isə "Şəfa" klubuna 1 500 manat cərimə bahasına başa gəlib.