Xəbər lenti

Britaniya dörd atom sualtı qayığından üçünü dənizə çıxardı
Dünya18:43 28.10.2026

Britaniya dörd atom sualtı qayığından üçünü dənizə çıxardı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Böyük Britaniya “Vanguard” sinfinə aid dörd atom sualtı qayığından üçünü eyni vaxtda dənizə çıxarıb. Bu addım ölkənin Hərbi Dəniz Qüvvələrində qeyri-adi vəziyyət kimi qiymətləndirilib.

Qaynarinfo xəbər verir ki, bu barədə “The Times” qəzeti Britaniyanın müdafiə qurumundakı mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, adi şəraitdə döyüş növbətçiliyində, bir qayda olaraq, yalnız bir atom sualtı qayığı olur. Üç qayığın eyni vaxtda dənizdə olmasının rəsmi səbəbləri isə açıqlanmayıb.

Ekspertlərin ehtimallarına görə, sualtı qayıqlardan biri nüvə başlıqları ilə təchiz olunaraq planlı döyüş patruluna çıxıb, digəri patrul növbəsini dəyişməyə hazırlaşır, üçüncüsü isə dəniz sınaqlarında iştirak edir. Dördüncü qayığın texniki xidmət üçün bazada qaldığı güman edilir.

“Sky News” telekanalı isə Britaniya sualtı donanmasının böyük hissəsinin eyni vaxtda dənizə çıxarılmasının Kral Hərbi Dəniz Qüvvələrinin döyüş hazırlığının artmasına işarə etdiyini yazıb. Telekanalın qeyd etdiyinə görə, döyüş hazırlığı son illərdə Britaniya donanmasının zəif tərəflərindən biri hesab olunurdu.

Aydın