Dünyada doğum səviyyəsinin azalması bəşəriyyətin milyon illər ərzində davam edən inkişaf qanunauyğunluğunu dəyişib. Əvvəllər əhalinin artması texnoloji tərəqqini sürətləndirir, yeni ixtiralar isə insanların qida və sağlamlıq imkanlarını genişləndirərək əhali artımına şərait yaradırdı. İndi isə hər iki proses eyni vaxtda yavaşlayır.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiyanın Ali İqtisadiyyat Məktəbinin sabitlik və risklərin təhlili mərkəzinin direktoru, professor Andrey Korotayev “Gazeta.ru”ya açıqlamasında bildirib. Alimin əhali artımının gözlənilməz şəkildə yavaşlamasına həsr olunan məqaləsi “Cliodynamics” jurnalında dərc edilib.
Korotayevin sözlərinə görə, əhali artımı ilə texnoloji inkişaf arasındakı qarşılıqlı əlaqə milyon illər ərzində bəşəriyyətin inkişafında mühüm rol oynayıb. İqtisadiyyat üzrə Nobel mükafatçısı Maykl Kremer bu qanunauyğunluğun təxminən bir milyon il davam etdiyini hesablayıb. Fizik Sergey Kapitsa isə onun bir neçə milyon illik tarixə malik olduğunu irəli sürüb.
1960-cı ildə fizik Haynts fon Förster və həmkarlarının “Science” jurnalında dərc olunan araşdırmasında əhali artımının mövcud trayektoriyası əsasında Yer kürəsinin əhalisinin 2026-cı il noyabrın 13-də sonsuz həddə çatacağı proqnozlaşdırılmışdı. Lakin bu, dünyanın sonu ilə bağlı proqnoz deyil, həmin dövrün artım modelinin riyazi nəticəsi idi. Hələ 1970-ci illərdən etibarən doğum səviyyəsinin azalması nəticəsində əhali artımı əvvəlki trayektoriyadan kənara çıxıb.
Alim hazırkı prosesi sadəcə iqtisadi böhran deyil, dünyanın keyfiyyətcə yeni vəziyyətə keçidi — faza keçidi kimi xarakterizə edib. Onun fikrincə, bu dəyişiklik tarixdə əvvəllər müşahidə olunan böhranlardan fərqlənir. Məsələn, ABŞ-da Böyük Depressiya dövründə istehsal və doğum səviyyəsi kəskin azalsa da, sonradan iqtisadi artım bərpa olunub. İndiki proses isə daha sistemli və uzunmüddətli xarakter daşıyır.
Korotayev gələcək inkişafı proqnozlaşdırmağın da çətinləşdiyini bildirib. O, süni intellektin bəşəriyyətlə necə qarşılıqlı münasibətdə olacağının da bu keçidin bir hissəsi ola biləcəyini vurğulayıb. Alimin qənaətinə görə, bəşəriyyət tarixdə analoqu olmayan dəyişikliklərlə üzləşdiyi üçün gələcəyin hansı istiqamətdə inkişaf edəcəyini dəqiq müəyyənləşdirmək çətindir.
# Doğum səviyyəsinin azalması milyon illərdir davam edən qanunauyğunluğu pozub

Aydın