Xəbər lenti

FIFA U-15: Bu gün dünya çempionatının qalibi müəyyənləşəcək
İdman09:50 30.10.2026

FIFA U-15: Bu gün dünya çempionatının qalibi müəyyənləşəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda keçirilən FIFA U-15 dünya çempionatının və festivalının qalibi bu gün müəyyənləşəcək.

Qaynarinfo-nun məlumatına görə, A Divizionunun həlledici oyununda İspaniya və Çexiya komandaları üz-üzə gələcək.

Qarşılaşma Bakı Kristal Zalında, saat 18:00-da start götürəcək.

Bundan əlavə, B, C, D, E və F Divizionlarının da qalibi bəlli olacaq.

Final görüşlərinin hamısı Bakı Kristal Zalında təşkil ediləcək.

A Divizionu
Final
18:00. Çexiya - İspaniya

B Divizionu
Final

15:00. Portuqaliya - Zambiya (33-cü yer uğrunda)

C Divizionu
Final

13:30. Tunis - Belarus (65-ci yer uğrunda)

D Divizionu
Final

12:00. Kanada - Tacikistan (97-ci yer uğrunda)

E Divizionu
Final

10:30. Mərkəzi Afrika Respublikası - Banqladeş (129-cu yer uğrunda)

F Divizionu
Final

09:00. Yeni Zelandiya - Efiopiya (161-ci yer uğrunda)

Xatırladaq ki, Çexiya - İspaniya oyunundan sonra mükafatlandırma və bağlanış mərasimi keçiriləcək.