Xəbər lenti

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib
Siyasət21:59 29.10.2026

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Müzakirələr Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədovla çexiyalı həmkarı Lubomir Frebort arasında baş tutan görüşdə aparılıb: "Görüşdə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi diqqət mərkəzində olub".