
Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Atatürk prospekti ilə kəsişmədə yük avtomobili qəza törədib.
Bu barədə Qaynarinfo-a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, qəza səbəbindən metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Hazırda yük avtomobillərinin kənarlaşdırılması və hərəkətin bərpa olunması məqsədilə polis zəruri tədbirləri görür.